Honda Avtomobil Mərkəzi Honda Avtomobil : Honda City - Honda Accord - Honda CR-V : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994123490000, Fax:+994123494979, E-mail: info(at)honda.az

İkinci əl Avto

Trade-in və Honda ikinci əl avtomobilləri

Honda Avtomobil Mərkəzi Honda avtomobillərinin Azərbaycanda rəsmi satışı ilə yanaşı onların təmirini və ehtiyat hissələrinin satışını həyata keçirir.
Yuxarıda göstərilən xidmətləri həyata keçirməklə yanaşı  bizim mərkəz Sizə həmçinin Honda Avtomobil Mərkəzindən ikinci əl avtomobilləri və Trade İn xidmətini də təklif edir.
Təklif etdiyimiz İkinci əl avtomobillər tam saz vəziyyətdə, servis tarixçəsi ilə təklif olunur.

Trade-in nədir?

Trade-in ikitərəfli mübadilə sistemidir və sizin yürüşü olan avtomobili qəbul edərək bizdən alınan yeni avtomobilin hesabına yerinə yetirilməkdədir..

Bu necə olur?

Əvvəlcə biz sizdən təhvil alınan avtomobilin qiyməti haqqında qarşılıqlı razılaşma əldə edirik.
Sonra siz köhnə avtomobilinizin açarlarını bizə təhvil verərək, bizdən yenisi ilə ayrılırsınız. Bütün danışıqlar boyunca sizinlə personal menecer işləyəcək və bu da sizə individual yanaşma və maksimum rahatlıq bəxş etmiş olar.
Trade-in ilə qəbul olunan avtomobillərə hansı tələblər var?
Biz istənilən markalı, işlək vəziyyətdə olan, ciddi yol qəzalarında xələl çəkməyən, qaçırılmış və axtarışda olmayan avtomobilləri qəbul edirik.

Trade-in sistemi ilə ikinci əl avtomobilin alışı mümkündürmü?

Bəli, mümkündür, həm də eyni qaydada trade-in-in bütün şərtləri əsasında.

İkinci əl avtomobillər yoxlamadan keçirmi?

Bəli, bütün təklif etdiyimiz ikinci əl avtomobillər bütün yoxlamalardan keçib sizə tam saz və işlək vəziyyətdə təklif olunur. Həmçinin siz servisimizdə baxış keçirilən avtomobillərin servis tarixçəsini əldə edə bilərsiz, bunula siz bütün xoşagəlməz hallardan sığortalanmış olursunuz.

Daha ətraflı məlumat üçün bizim personalımızla əlaqə saxlayıb əldə edə bilərsiz.
Rəşad Xəlilzadə 
İkinci əl avtomobilləri satışı üzrə meneceri:
Tel: 012 349 00 00 
Mob: 050 665 76 67

Avtomobillər