Honda Avtomobil Mərkəzi Honda Avtomobil : Honda City - Honda Accord - Honda CR-V : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994123490000, Fax:+994123494979, E-mail: info(at)honda.az

Honda Accord — Komfort


Şəkillər


    MÜVAZİNƏT VƏ SÜKUT


Doqquzuncu nəsil Accord haqlı olaraq daxili məkanına görə sinfinin liderlərindən biri hesab edilir, yeni modelin müstəsna rahatlığı bununla şərtləndirilib. Geniş tənzimləmə diapazonuna malik erqonomik oturacaqlar, alətlərin və idarəetmə orqanlarının rahat yerləşməsi, həmçinin materialların və yığılmanın yüksək keyfiyyəti nə avtomobilin sürücüsünü, nə də sərnişinlərini laqeyd qoyur.

obzor_02_small (PNG)


Arxa oturacaqlar da yüksək komfortu ilə seçilir: bel hissə optimal bucaqda əyilir, oturacaqların profili isə effektiv dəstəyi təmin edir. Yenilənmiş Accord-da həm ayaqlar, həm də baş üçün kifayət qədər yer var, bu da istənilən səfəri sakit və xoş edir.

obzor_02_small (PNG)


İnteryer zonalarının işıqdiodlu asqısı sayəsində diqqət detallara yönəlir. Eynək üçün quraşdırılmış futlyarın yanında yerləşən işıq mənbələri özəl atmosfer yaradır.


İnteryer örtüyündə yalnız ən keyfiyyətli materiallar istifadə edilib. Yüksəkkeyfiyyətli perforasiya edilmiş dəri ilə örtülən oturacaqlar təkcə rahatlığı ilə seçilmir. Düzgün tikişlərlə birləşdirilmiş, xoş toxunuşlu örtük həm də avtomobilin istifadə müddəti ərzində gözlərinizə xitab edəcək.