Honda Avtomobil Mərkəzi Honda Avtomobil : Honda City - Honda Accord - Honda CR-V : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994123490000, Fax:+994123494979, E-mail: info(at)honda.az

Honda Pilot — Eksteryer


Şəkillər Şəkillər


    YENİ OBRAZ, YENİ İMKANLAR


Yeni Honda Pilot-un stili ətrafa özünəinam yayır: onun atletik görünüşü xüsusi nəzərə çarpır. Bütün detalları xüsusi işlənmiş avtomobil Honda-nın ən böyük modelini dizayn və istehlakçı xarakteristikalarına görə avanqard seqmentə daşıyır. Modelin dəyişilmiş proporsiyaları avtomobili bütün ailə üçün daha rahat edib və bu parametrə görə rəqibləri arasında ən yüksək mövqedə möhkəmlənməyə imkan verib.

obzor_02_small (PNG)

Yeni Honda Pilot işıqdiodlu işıqlandırma elementləri ilə geniş təchiz olunub: gündüz hərəkət işıqları və arxa fənərlər, həmçinin, yaxın işıq faraları. Honda Pilot-un yeni nəslinin müasir, zərif və aerodinamik eksteryer dizaynı eyni zamanda həm eleqant, həm də praktikdir. Kuzovun sərtliyini və qəzalar zamanı sürücü və sərnişinlərin təhlükəsizliyini artıraraq avtomobilin kütləsini minimallaşdırmaq üçün Honda Pilot-un istehsalında yüksək dözümlülüyə malik polad, alüminium ərintiləri və qaynar ştamplamalı maqnezium istifadə edilib.

Modelin texnoloji siması salona açarsız daxil olma sistemi, təsvirin HondaConnect multimedia sisteminin 8 düymlük ekranında əks olunması ilə sağ yan güzgüdə zolağa nəzarət (LaneWatch) sistemi və təsvirin üç rejimdə əks olunması ilə (normal, genişbucaqlı və yuxarıdan) arxa görüntü kamerası kimi xarici təchizatlarla tamamlanır.

obzor_02_small (PNG)
obzor_02_small (PNG)


Qüsursuz stil
İşıqdiodlu gündüz hərəkət işıqları və yaxın işıq faraları