Honda Avtomobil Mərkəzi Honda Avtomobil : Honda City - Honda Accord - Honda CR-V : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994123490000, Fax:+994123494979, E-mail: info(at)honda.az

HONDA PILOT - DİNAMİKA VƏ KEÇMƏ QABİLİYYƏTİ


Şəkillər Şəkillər


    DAHADA GENİŞ OFROUDER FUNKSİONALI


Yeni Honda Pilot-un güc aqreqatı VCM və i-VTEC ilə 249 at/g və yeni 6-pilləli avtomatik ötürücü qutuya malik 3 litrlik mühərrikdən ibarətdir. Yeni güc aqreqatı sayəsində yeni Honda Pilot-un özündən əvvəlkilərlə müqayisədə 0-dan 100 km/s-dək sürətlənmə vaxtı 9,1 s-dək ixtisar olunub, yanacaq sərfi isə 8,2 litrə enib (şəhərkənarı dövr). Bütün komplektasiyalar üçün standart döngələrdən keçərkən yardım sistemi (AHA)1 sürüşmə ehtimalını azaltmaq və dönmə effektivliyini artırmaq üçün dönmənin daxili tərəfindən əyləcləri seçərək işə salır.



Honda Pilot-da ofrouder funksionalı sələfinə nisbətən əhəmiyyətli dərəcədə genişləndirilib. Fırlanma anının dinamik paylanması ilə yeni tam ötürücü sistemi optimal fırlanma anını ön və arxa oxlar arasında proqressiv şəkildə paylaşdırır və ilk dəfə Honda avtomobilində fırlanma anını sağ və sol arxa təkərlər arasında dinamik şəkildə paylaşdırır. i-VTM4 öz işi ilə istənilən hava və yol şəraitində inamlı və möhkəm idarəetməyə zəmanət verir.

Həmçinin, dartı qüvvəsinin intellektual idarə edilməsi sistemi (ITM) Honda üçün innovasiya hesab olunur. Bu sistem tam ötürücünün, Avtomatik Ötürücü Qutunun, kurs dayanıqlılığı və drossel qapağının iş rejimlərindən birini seçməyə imkan verir: "normal", "qar", "palçıq" və ya "qum".

Dartı qüvvəsinin intellektual idarə edilməsi sistemi müxtəlif qitələrdə, müxtəlif təbii şəraitdə (Rusiya, ABŞ, BƏƏ) sınaqdan keçirilib və avtomobil xüsusi uyğunlaşdırılmış ITM tənzimləmələrinə malikdir.

ITM rejimlərinin seçimi alətlər panelindəki yeni 4,2 düym diaqonallı rəngli informativ ekranda əks olunur.




i-VTM4 intellektual tam ötürücü ilə birlikdə avtomobilin istənilən səth üzərində inamlı hərəkətini təmin edir.