Honda Avtomobil Mərkəzi Honda Avtomobil : Honda City - Honda Accord - Honda CR-V : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994123490000, Fax:+994123494979, E-mail: info(at)honda.az

HONDA PILOT - AVADANLIQ VƏ TƏHLÜKƏSİZLİK


Şəkillər Şəkillər


    HƏR ZAMAN TƏHLÜKƏSİZLİYİNİZİN KEŞİYİNDƏ


Yeni Honda Pilot idarəetməni maksimum rahatlaşdıran, səfəri isə maksimum təhlükəsizləşdirən çoxsaylı təchizat elementləri ilə təmin olunub: üçmövqeli elektrolyuk, elektroxrom örtüklü arxa görüntü güzgüsü, kruiz-kontrol, şüşəsilənlərin fırçalarının dinclik zonasının qızdırılması, yağış, işıq və yuyulan maye səviyyəsinin vericiləri. Honda şirkətinin bütün avtomobilləri kimi Honda Pilot da yüksək təhükəsizlik səviyyəsinə malikdir - bura müxtəlif şərait və vəziyyətlərdə idarəetmədən əminlik və gözlənilən performans, həmçinin, modelin geniş aktiv və passiv təhlükəsizlik vasitələrinin geniş spektri ilə komplektasiya olunması daxildir. NHTSA sınaqlarının nəticələrinə görə model maksimum 5-ulduzlu reytinq əldə edib.



Yeni nəsil Honda Pilot-un standart təchizatına 4-kanallı antiblok sistemli əyləclər, əyləc gücləndirici (BA) və yoxuşda start zamanı kömək sistemi (HSA); dartı qüvvəsinə nəzarətlə (TCS) kurs dayanıqlılığı sistemi (VSA); ön, yan təhlükəsizlik yastıqları və təhlükəsizlik pərdələri, həmçinin, təzyiqin real vaxt rejimində displeydə indikasiyası ilə şinlərdə təzyiqin monitorinqi sistemi (TPMS) daxildir.

Məkanda təhlükəsiz şəkildə uyğunlaşmaq üçün modelin bütün komplektasiyaları üç rejimli arxa görüntü kamerası ilə, ikincidən başlayaraq isə - ön və arxa parkinq vericiləri və LaneWatch kamerası ilə təchiz olunub.


    LANEWATCH SİSTEMİ


LaneWatch sistemi sağ güzgüdəki kameranın təsvirini ekranda əks etdirir, beləliklə, sizin təhlükəsizliyinizi və komfortunuzu təmin edir.