(99412) 349-00-00 Əlaqə
06.12.2018
HONDA LOS-ANCELESDƏ YERLƏŞƏN AVTOSALONDA BEŞYERLİ PASSPORT KROSSOVERİNİ TƏQDİM EDİB

Yeni beşyerli Honda Passport krossoverinin dünya premyerası baş tutub. ABŞ bazarında avtomobil gələn ilin əvvəlində satışa çıxarılacaq. Honda-nın SUV xəttindən olan Passport kompakt CR-V və 8 yerli Pilot arasında yer tutacaq. Güclü i-VTEC V6 mühərriki, tam müstəqil asqı və rahat idarəetmə – bütün bunlar Passport modelini həm şəhər səyahətləri, həm də uzun səfərlər üçün idal seçim edir. Bundan başqa, yüksək keçmə qabiliyyətini opsional əlçatan olan, fırlanma anının paylanması və dörd rejimli intellektual Traction Management funksiyası ilə Honda i-VTM4 tam ötürücü sistemi təmin edir. Beləliklə, Passport digər krossoverlərin üstəsindən gələ bilməyəcəyi ən sərt yolsuzluğu dəf etməyə qadirdir.

American Honda Motor Co. şirkətinin baş vitse-prezidenti, Honda Division baş direktoru Enio Arkanceli (Henio Arcangeli Jr): "Yeni Honda Passport təkcə yolda rahatlığı və gündəlik səfərlərdə alıcılarımızın, sözsüz ki, qiymətləndirəcəyi asan idarəetməni təmin etmir. O, həmçinin istənilən səth üzərində şəhərdən kənar səyahətlər zamanı mühüm olan etibarlılığı təmin edir. Bizim unikal model yaratmaq imkanımız yarandı və biz Passport modelini Hondanın SUV xəttindən olan ənənəvi modellərdən daha güclü və daha yüksək keçmə qabiliyyətinə malik etdik”.

Kaliforniya ştatı, Torrans və Oqayo ştatı, Reymond şəhərlərində Honda North America R&D komandaları tərəfindən eksklüziv olaraq hazırlanıb və layihələndirilib. Yeni Honda Passport modelinin eksteryer elementləri arasında 20 düymlük təkər disklərini, qara radiator torunu, eləcə də massiv siluetini qeyd etmək lazımdır. Avtomobil bir sıra sürücüyə yardım opsiyaları ilə təchiz olunur, xüsusilə kor zonalara nəzarət sistemi, yolayrıclarında hərəkətin monitorinqi, eləcə də ön və arxa parktronik əlçatandır. Bundan başqa, qabaqcıl komplektasiyalara smartfon üçün simsiz enerji doldurma, peyk naviqasiya sistemi, 4G LTE dəstəyi ilə bort Wi-Fi routeri və qabaqcıl audiosistem daxildir. HondaLink bulud servisləri avtomobilin qapılarının kilidini uzaqdan açmağa, qaçırılma halında avtomobili izləməyə, servis mərkəzinə müraciət etməyə və bir çox buna bənzər xidmətlərdən yararlanmağa imkan verir.

06.12.2018
Digər xəbərlər