Zəmanətli Xidmət
Honda Motor Co., Ltd –nin rəsmi distribyutoru olan Honda Avtomobil Mərkəzinin Satış Mərkəzindən alınmış hər bir avtomobilə 5 il və ya 150.000 km yürüş ( hər hansı birinin tez başa çatmasından asılı olaraq ) zəmanət verilir.
Zəmanət şərtlərinin qüvvədə saxlanılması üçün avtomobilnizin texniki reqlamentində qeyd olunan şərtlərə riayət olunması mütləq şərt hesab olunur.
Zəmanət şərtləri normal istismar zamanı yeyilən, dağılan hissələrə, sərfiyyat və yağlama materiallarına aid edilmir.


AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ HONDA AVTOMOBİLİNƏ VERİLƏN ZƏMANƏTİN ŞƏRTLƏRİ VƏ ÖHDƏLİKLƏRİ

Zəmanət öhdəliyini yerinə yetirir:
Honda şirkətinin rəsmi distribüteri. Bu səhifədə qeyd olunmuş zəmanət və öhdəliklər AR ərazisində yerinə yetiriləcəkdir.

Zəmanət öhdəliyi şamil olunur:
Zəmanət sertifikatı düzgün doldurulmuş Honda avtomobillərinə. Sizin avtomobilin sertifikatı verilmiş zəmanət və Servis kitabçasının üz qabığının arxa səhifəsində yerləşdirilmişdir. Avtomobil satışı zamanı Honda şirkətinin distribüteri avtomobil haqqında olan bütün məlumatları sertifikatın müvafiq sütunlarına qeyd etməlidir. Zəmanət AR ərazisində baş idxalçı "Yeni Motor" şirkəti tərəfindən AR ərazisinə idxal olunan yeni Honda avtomobillərinə şamil olunur. Avtomobil AR ərazisində nəqliyyat vasitələrinə qoyulan tələblərə və normativ sənədlərə uyğun gəlməlidir.

Zəmanət təmini hüququna malikdir:
Honda avtomobilinin birinci və sonrakı sahibləri (əgər satış müəyyən olunmuş zəmanət müddəti kəsiyində baş verərsə).

Zəmanət öhdəliklərinin məzmunu:
«Zəmanətin xüsusi şərtlərində» (səh.5) qeyd olunan elementlər istisna olmaqla zəmanəti qüvvədə olan Honda avtomobillərində "Pulsuz" olaraq bütün nasazlıqlar, əgər bu ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gəlmişdirsə, aradan qaldırılır. Honda şirkətinin məhsulunun istifadəçilərinin qüvvədə olan qanunvericiliklə təyin edilmiş qanuni hüquqları və zəmanət öhdəliyi heç cür azaldıla bilməz.

Zəmanət öhdəliyi şamil olunur: 
Azərbaycan Respublikası ərazisinə. Avtomobilə verilən 5 il (150 000 km) zəmanət:
Sizin zəmanət sertifikatında qeyd olunduğu kimi Honda avtomobilinin zəmanət dövrü müddətində ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gələn bütün nasazlıqları Honda şirkəti "pulsuz" olaraq aradan qaldırmağa zəmanət verir («Zəmanətin xüsusi şərtləri»nə daxil edilən bəndlərin dəyişdirilməsi zəmanətlə nəzərdə tutulmayıb). Zəmanət avtomobil satıldığı gündən etibarən 5 il müddətinə və ya 150 000 km yürüşə (bu hallardan hansı daha tez başa çatarsa) qədər qüvvədə sayılır.